AZ

Daha 6 nəfərə sosial-psixoloji dəstək işlərinə başlanıldı

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 6 vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən hafta.az-a bildiriblər ki, onlardan 4-ü uşaq, 2-si isə qadındır.

Repatriasiya olunmuş şəxslərlə hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində qiymətləndirmə işləri aparılır, onlara ilkin tibbi, sosial-psixoloji dəstək göstərilir.

Növbəti mərhələdə isə agentliyin sosial işçiləri və psixoloqları repatriasiya olunmuş şəxslərin sosial-psixoloji vəziyyətlərini qiymətləndirəcəklər.

Seçilən
47
9
hafta.az

10Mənbələr