AZ

Mingəçevirdə 35 yaşlı kişi bıçaqlandı – YENİLƏNİB

Oktyabrın 23-də saat 20 radələrində Mingəçevir şəhəri ərazisində 41 yaşlı Zəfər Hüseynov aralarında yaranmış mübahisə zamanı 36 yaşlı Elvin Abbasova kəsicə alətlə xəsarət yetirib. E.Abbasov xəstəxanaya yerləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Z.Hüseynov saxlanılıb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

***

23.10.2025

23:12

Mingəçevirdə 35 yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə məcburi köçkünlərin kompakt yaşadığı Heydər Əliyev prospektində yerləşən şəhərcikdə baş verib.

Əslən Ağdamdan olan 1990-cı il təvəllüdlü Abbasov Elvin Sərdar oğlu hansı şəraitdə bıçaq xəsarəti aldığı məlum deyil . Müxtəlif dərəcəli xəsarət alan E.Abbasov xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan NOCOMMENT.az-ın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 36 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

 

 

Seçilən
44
2
nocomment.az

3Mənbələr