AZ

Mingəçevirdə 35 yaşlı kişini bıçaqlayan şəxs SAXLANILDI

Oktyabrın 23-də saat 20 radələrində Mingəçevir şəhəri ərazisində 41 yaşlı Zəfər Hüseynov aralarında yaranmış mübahisə zamanı 35 yaşlı Elvin Abbasova kəsici alətlə xəsarət yetirib.
 

MÖVZU İLƏ BAĞLI: 

Mingəçevirdə 36 yaşlı kişi BIÇAQLANDI


E.Abbasov xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Z.Hüseynov saxlanılıb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Seçilən
109
2
bizim.media

3Mənbələr