AZ

Mingəçevirdə 36 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

Oktyabrın 23-də saat 20 radələrində Mingəçevir şəhəri ərazisində 41 yaşlı Zəfər Hüseynov aralarında yaranmış mübahisə zamanı 36 yaşlı Elvin Abbasova kəsicə alətlə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Z.Hüseynov saxlanılıb.

E.Abbasov xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
 
 

Seçilən
30
2
7news.az

3Mənbələr