AZ

F.M.Abbasovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Fərman Məmməd oğlu Abbasov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası

Milli Məclisinin sədri Sahibə Qafarova

Bakı şəhəri, 24 oktyabr 2025-ci il

№ 271-VIIQR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
xalqqazeti.az

8Mənbələr