Azərbaycan Respublikası Milli Məclisinin qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və
97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Ağalarov Həmid Azər oğlu,
Hümbətov Fəhmin Zaur oğlu,
Qasımov Vidadi Kamal oğlu,
Mədətli Fərid İlham oğlu,
Sevdimalıyeva Günel Arif qızı.
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri, 24 oktyabr 2025-ci il