Azərbaycan Respublikası Milli Məclisinin qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Fərman Məmməd oğlu Abbasov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin sədri
Bakı şəhəri, 24 oktyabr 2025-ci il