AZ

5 bal gücündə zəlzələ mümkündür Tükiyəli alimdən XƏBƏRDARLIQ

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Bu zəlzələ 10 avqust 2025-ci il tarixində baş verən 6,1 bal gücündə zəlzələnin episentrinə çox yaxındır".

Bunu Oxu.Az-a açıqlamasında türkiyəli professor Hasan Sözbilir deyib.

"10 avqust zəlzələsindən sonra Sındırğının cənubundakı sahə işləri zamanı dağıdıcı zəlzələlər yarada biləcək yeni qırılma xətlərinin xəritəsini tərtib etdik. Bu qırılma xətlərinin 10 avqust zəlzələsindən sonra yarandığı ehtimal olunur. Onlar geotermal mayelər ehtiva etdiyindən, 5 bal gücündə afterşoklar və silsilə zəlzələlər mümkündür. Buna görə də zədələnmiş evlərə girməmək və səlahiyyətlilərin verdiyi təlimatlara uyğun hərəkət etmək vacibdir", - alim bildirib.

Xatırladaq ki, bu axşam Balıkəsirdə 6,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ ətrafdakı bir çox əyalətlərdə də hiss olunub.

Söhrab İsmayıl

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
88
11
oxu.az

10Mənbələr