AZ

Türkiyədə məktəblər bağlandı: təhsilə fasilə verildi

Balıkəsirdə təhsil bir günlük dayandırıldı

Musavat.com xəbər verir ki, Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ səbəbindən vilayət üzrə tədrisə bir gün fasilə verilib.

Balıkəsir Valiliyinin sosial media hesabında yayılan açıqlamada qeyd olunub ki, 27 oktyabr yerli vaxtla saat 22:48-də baş verən zəlzələnin ardından bölgədə təhlükəsizlik tədbirləri və binaların texniki yoxlanışı aparılır.

Bu məqsədlə Sındırgı və ətraf bölgələrdə bütün təhsil müəssisələrində dərslər bir gün müddətinə təxirə salınıb.

Valilik sakinlərə rəsmi məlumatları izləməyi və ehtiyatlı davranmağı tövsiyə edib. 

 

Musavat.com

Seçilən
33
1
musavat.com

10Mənbələr