Naci Görür: "Zədələnmiş binalardan uzaq durun"
Türkiyənin tanınmış seysmoloqu Prof. Dr. Naci Görür zəlzələdən sonra sosial şəbəkədə paylaşım edərək vətəndaşlara xəbərdarlıq edib:
"Aktaş-Sındırgı (Balıkəsir) bölgəsində zəlzələ baş verib. Bu ərazi Gediz qırılma sisteminin bir hissəsidir. Qırılma parçalanmaqda davam edir və yeni seysmik hərəkətlər yaradır. Hasarlı evlərdən uzaq durun".
Ekspertin sözlərinə görə, bölgə aktiv seysmik zonada yerləşir və zədələnmiş tikililərdə qalmaq ciddi risk yaradır.
Hasan Sözbilir: "zəlzələ fırtınası yaşana bilər"
Dokuz Eylül Universitetinin (DEÜ) Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin rəhbəri Prof. Dr. Hasan Sözbilir isə yayımladığı açıqlamada bildirib ki, bu hadisə 10 avqustda baş verən zəlzələnin davamı ola bilər:
"Böyük ehtimalla 10 avqust zəlzələsindən sonra müəyyən etdiyimiz yeni fay xətləri tətiklənib. Bu faylar jeotermal axınlarla bağlı olduğuna görə 5 bala qədər artçı təkanlar baş verə bilər və zəlzələ fırtınası yaşana bilər".
Sözbilir vurğulayıb ki, Sındırgının cənubunda aparılan arazi tədqiqatları zamanı dağıdıcı zəlzələlər yarada biləcək yeni qırılma sahələri müəyyən edilib:
"Bölgədə jeotermal sistemlərlə əlaqəli bu faylar aktivləşib. Buna görə də hasarlı binalara girməmək və rəsmi orqanların göstərişlərinə əməl etmək vacibdir".
Hazırda AFAD və yerli xilasetmə qrupları bölgədə vəziyyəti qiymətləndirir, təhlükəsizlik tədbirləri gücləndirilib. Rəsmi məlumatlara görə, can itkisi qeydə alınmayıb, lakin təkanların davam etməsi mümkündür.