AZ

Azərbaycanla Belarus arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair Birgə Protokol imzalandı

BAKI, 28 oktyabr. TELEQRAF

Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair Birgə Protokol imzalanıb.

Teleqraf xəbər verir ki, imzalanma Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 15-ci iclasının yekununda olub.

Sənəddə yeni layihələrin icrası, birgə işçi qruplarının fəaliyyətinin koordinasiyası və konkret tədbirlərin həyata keçirilməsi üzrə öhdəliklər əksini tapıb.

Tərəflər bir daha Azərbaycan-Belarus münasibətlərinin strateji xarakterini vurğulayaraq, əməkdaşlığın gələcəkdə də dostluq, qarşılıqlı fayda və dəstək prinsipləri əsasında ardıcıl olaraq genişləndiriləcəyini bəyan ediblər.

Seçilən
42
8
teleqraf.com

9Mənbələr