AZ

Azərbaycanla Belarus arasında Birgə Protokol imzalanıb

Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair Birgə Protokol imzalanıb.

"Cebheinfo.az" xəbər verir ki, imzalanma Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 15-ci iclasının yekununda olub.

Sənəddə yeni layihələrin icrası, birgə işçi qruplarının fəaliyyətinin koordinasiyası və konkret tədbirlərin həyata keçirilməsi üzrə öhdəliklər əksini tapıb.

Tərəflər bir daha Azərbaycan-Belarus münasibətlərinin strateji xarakterini vurğulayaraq, əməkdaşlığın gələcəkdə də dostluq, qarşılıqlı fayda və dəstək prinsipləri əsasında ardıcıl olaraq genişləndiriləcəyini bəyan ediblər.

"Cebheinfo.az"

Seçilən
24
8
cebheinfo.az

9Mənbələr