AZ

Azərbaycanla Belarus arasında iqtisadi əməkdaşlığa dair protokol imzalandı

BAKI, 28 oktyabr. TELEQRAF

Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair Birgə Protokol imzalanıb.

Teleqraf xəbər verir ki, imzalanma Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 15-ci iclasının yekununda olub.

Sənəddə yeni layihələrin icrası, birgə işçi qruplarının fəaliyyətinin koordinasiyası və konkret tədbirlərin həyata keçirilməsi üzrə öhdəliklər əksini tapıb.

Tərəflər bir daha Azərbaycan-Belarus münasibətlərinin strateji xarakterini vurğulayaraq, əməkdaşlığın gələcəkdə də dostluq, qarşılıqlı fayda və dəstək prinsipləri əsasında ardıcıl olaraq genişləndiriləcəyini bəyan ediblər.

Seçilən
12
8
teleqraf.com

9Mənbələr