AZ

Ueyn Runi və Qari Nevill “Liverpul”u tənqid etdilər - ARENA.AZ

Futbol üzrə İngiltərə yığmasının və “Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi “Liveprul”un iki oyunçusunu tənqid edib.

Arena.az xəbər verir ki, keçmiş futbolçunun hədəfinə “qırmızılar”ın kapitanı, niderlandlı müdafiəçi Vircil van Deyk və misrili ulduz hücumçu Məhəmməd Salah tuş gəliblər:

“Vircil van Deyk və Məhəmməd Salah yeni müqavilələr imzalayıblar. Amma onlar bu mövsümdə komandanı həqiqətən öz arxalarınca çəkib aparmağı bacarmırlar”, deyə Ueyn Runi vurğulayıb.

“Mançester Yunayted”in digər keçmiş müdafiəçisi Qari Nevill də “Liveprul”un əsas fəsadı haqda söhbət açıb. Keçmiş futbolçunun müvafiq qənaətini təqdim edirik:

“Onların müdafiəsində aşkar fəsadlar var. Son nəticədə onlara, müdafiədə boş məkan yaranmasının qarşısını alacaq, təkbətək mübarizələri qazana biləcək və standart vəziyyətlərin oynanılması zamanı bunun öhdəsindən gələ biləcək əsası tapmaq gərəkdir”, deyə Nevill vurğulayıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
20
23
arena.az

10Mənbələr