AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA Gənclər Liqasının oyununa təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Mustafayeva UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Ludoqorets” (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma noyabrın 1-də Bolqarıstanın Razqrad şəhərində yerləşən “Eagles Nest Stadium”da baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!

