AZ

Samir Abasov: “Vensan Abubakar bizim üçün əlçatmaz idi”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində MOİK-ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün baş tutmuş duelində 8 qol qeydə alınıb və yekunda “ağ-qaralar” 6:2 hesablı qələbəyə seviniblər.

Samir Abasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azərbaycan Kuboku bizim üçün həmişə çətin olub, amma “Neftçi” elə komandadır ki, onun üçün hər növbəti oyun prioritetdir. Çətin olmasına baxmayaraq, hər iki cəbhədə sonadək mübarizə aparacağıq. Hər oyunun vacibliyini anlayırıq, təzyiqi də hiss edirik. Buna görə də rəqibin fərqi yoxdur”.

Abasov Vensan Abubakarın bir qədər gec transfer olunmasına da aydınlıq gətirib:

“Abubakarı vaxtında gətirə bilməzdik, bizim üçün əlçatmaz idi. Çünki Azərbaycan Premyer Liqası belə futbolçuların can atdıqları yer deyil. Biz sırf Abubakarın dalıyca qaçmamışdıq, yəni ad axtarmamışıq. Cərimə meydançasının içində bir toxunuşu ilə səviyyəsini göstərən hücumçu axtarmışıq. Həmin ərəfədə yetərincə adlar da var idi. Bizim üçün ən idealını seçmişik və gətirmişik. Lakin mən sırf adın üstündə dayanmağın əleyhinəyəm. Bütün futbolçular oynayır. Digər futbolçuların etdiklərini də görürəm”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
12
2
arena.az

10Mənbələr