AZ

FIBA Avropa Kuboku: “Neftçi” “Abşeron Lions”a qalib gəldi

FIBA Avropa Kubokunda mübarizə aparan Azərbaycan komandaları – “Abşeron Lions” və “Neftçi” bu gün növbəti oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, I qrupunda yer almış təmsilçilərimiz bir-biri ilə qarşılaşıblar.

FIBA Avropa Kubokunun əsas mərhələsinin oyunu Bakı İdman Sarayında baş tutub. Bu oyunda “ağ-qaralar” 104:86 hesablı qələbəyə seviniblər.

Xatırladaq ki, “Abşeron Lions” bu qrupda keçirdiyi ilk iki görüşdə Polşa təsmilçisi “Trefl”ə (96:99) və Estoniyanın “Kalev” komandasına (85:93) da məğlub olmuşdu. “Neftçi” isə Estoniya təmsilçisini (95:84) məğlub edib, Polşa klubuna (63:92) uduzub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
24
19
arena.az

10Mənbələr