Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin 1-ci turunda Serbiyada “Radniçki”nin qonağı olub.
Təmsilçimiz ilk matçda olduğu kimi, cavab qarşılaşmasında da rəqibinə 0:3 hesabı ilə uduzub.
Mərhələni keçə bilməyən Azərbaycan klubu bundan sonra CEV Kubokunun 1/32 final mərhələsində çıxış edəcək. Bu turnirdə komandamızın rəqibi “ACH Volley Lyublyana” və “Orion Stars Doetinçem” cütünün məğlub komandası olacaq.
CEV Çempionlar Liqası
İlkin mərhələ (cavab oyunu)
29 oktyabr
“Radniçki” – “Azərreyl” 3:0 (25:23, 25:22, 25:19)
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!

