AZ

Liqa 1: PSJ “Loryan”la səfər matçında xal itirdi - ARENA.AZ

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

Səfərdə “Loryan”la qarşılaşan PSJ bu dəfə xal itkisi ilə üzləşib. “Olimpik” (Marsel) – “Anje”, “Paris” – “Olimpik” (Lion) və “Tuluza” – “Renn” matçlarında da qalib müəyyənləşməyib.

“Havr” “Brest”i, “Strasburq” “Oser”i, “Mets” “Lans”ı, “Nitsa” “Lill”i məğlub yola salıb. 8 qolun qeydə alındığı “Nant” – “Monako” görüşündə isə qonaqlar qələbə qazanblar.

10 turdan sonra 21 xalı olan PSJ vahid liderdir. “Monako” 20 xalla ikinci pillədə qərarlaşıb. Marsel “Olimpik”i, “Strasburq”, Lion “Olimpik”i və “Lans” 19 xal toplayıblar.

Fransa, Liqa 1
10-cu tur
29 oktyabr

Havr – Brest 1:0
Qol: Sanqante, 73.

Olimpik (Marsel) – Anje 2:2
Qollar: Vaz, 52; 70 – Şerif, 25. Kamara, 90+6.

Nant – Monako 3:5
Qollar: Girassi, 19; 45+6. M.Məhəməd, 80 – Kulibali, 6. Baloqun, 41. Akliuş, 55. Qolovin, 75; 90+4.

Paris – Olimpik (Lion) 3:3
Qollar: Kamara, 65. Kebbal, 77. Marketti, 84 – Tolisso, 5. Şults, 51; 58.

Strasburq – Oser 3:0
Qollar: Panikelli, 46. Nanasi, 55. Barko, 60.

Tuluza – Renn 2:2
Qollar: Kressuel, 58 Donnum, 85-pen – Lepaul, 50; Tamari, 54.

Loryan – PSJ 1:1
Qollar: İ.Silva, 51 – N.Mendes, 49.

Mets – Lans 2:0
Qollar: Heyn, 87; 90+1.

Nitsa – Lill 2:0
Qollar: Diop, 29-pen. Yansson, 87.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
12
28
arena.az

10Mənbələr