AZ

A Seriyası: “Sassuolo” “Kalyari”yə səfərdə qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Piza” – “Latsio” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Kalyari” – “Sassuolo” görüşündə isə qonaqlar çətin qələbəyə seviniblər.

Beləliklə, 9 turdan sonra 21 xalı olan “Napoli” 1-ci, “Roma” isə ikinci pillədə qərarlaşıb. “İnter” və “Milan”ın 18, “Komo”nun 16, “Bolonya” və “Yuventus”un 15 xalı var.

İtaliya, A Seriyası
9-cu tur

28 oktyabr

Leççe – Napoli 0:1
Qol: Anqissa, 69.

Atalanta – Milan 1:1
Qollar: Lukman, 35 – Riççi, 4.

29 oktyabr

Roma – Parma 2:1
Qollar: Hermoso, 63. Dovbik, 81 – Çirkati, 86.

Komo – Verona 3:1
Qollar: Duvikas, 9. Poş, 62. Voyvoda, 90+2 – S.Serdar, 25.

Yuventus – Udineze 3:1
Qollar: Vlahoviç, 5-pen. Qatti, 67. K.Yıldız, 90+6-pen – Zaniolo, 45+1.

Bolonya – Torino 0:0

Cenoa – Kremoneze 0:2
Qollar: Bonatsoli, 3; 49.

İnter – Fiorentina 3:0
Qollar: H.Çalhanoğlu, 66; 88-pen. Suçiç, 71.

30 oktyabr

Kalyari – Sassuolo 1:2
Qollar: Espozito, 73 – Loryente, 54. Pinamonti, 65.

Piza – Latsio 0:0

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
25
28
arena.az

10Mənbələr