Qadın futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 24-dən dekabrın 3-nə qədər Banqladeşdə təlim-məşq toplanışında olacaq.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, millimiz Dəkkə şəhərində təşkil ediləcək “FIFA Tri Nations Women’s Football Series 2025” adlı turnirdə Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq.
Azərbaycan millisi noyabrın 29-da Malayziya yığması ilə münasibətlərinə aydınlıq gətirəcək. Dekabrın 2-də isə komandamız Banqladeş seçməsi ilə Milli Stadionda qarşılaşacaq.
Oyunların başlanma vaxtı və hakim təyinatları ilə bağlı daha sonra məlumat veriləcək.
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
 
                        










































