Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, təmsilçimiz Lüksemburq çempionu “Differdanj”la qarşılaşıb.
Matç 2:2 hesabı ilə başa çatıb. “Qırmızı-ağlar”ın qollarını Perruzo və Luicci vurublar.
Xatırladaq ki, Naxçıvan klubu turnirin ilk oyununda Rumıniyanın “Qalati Yunayted” komandasını 2:1 hesabı ilə məğlub etmişdi. Qrupda sonuncu turun oyunları noyabrın 1-də keçiriləcək. Azərbaycan çempionu Niderlandın “Tigers Roermond” klubu ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Əsas mərhələ, 7-ci qrup
30 oktyabr
Araz-Naxçıvan – Differdanj
Hakimlər: Valentin Kiuplea, Viktor Çaix (Fransa), Aslan Qalayev.
Timekiper: Laurentiu Deakonu (Rumıniya).
Hakim-inspektor: Nebojsa Paniç (Serbiya).
UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro).
“Sala Sporturilor Dunarea”. Saat 19:00.
 
                        









































