Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 5-ci turuna start verilib.
Arena.az xəbər verir ki, turun açılış matçında “Ordu” “Lənkəran”la qarşılaşıb.
B qrupunun matçında paytaxt təmsilçisi 91:76 hesablı qələbəyə sevinib. “Ordu” 10 xalla birinci, “Lənkəran” 7 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq.
A qrupu: Sabah – 8. Abşeron Lions – 8. Şəki – 5. Gəncə – 4. Neftçi – 4. NTD – 4.
B qrupu: Ordu – 10. Naxçıvan – 7. Lənkəran – 7. Quba – 6. Sərhədçi – 5. Sumqayıt – 4.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

