Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Gənclərbirliyi” komandasına bundan sonra Volkan Demirel rəhbərlik edəcək.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
44 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Hüseyn Eroğlunu əvəz edib.
Xatırladaq ki, Hüseyin Eroğlu 2024-cü ilin dekabr ayından “Gənclərbirliyi” komandasına rəhbərlik edirdi. Türkiyəli mütəxəssis bu komandanı bütövlükdə 31 oyuna çıxarıb, 15 qələbə, 8 heç-heçə və 8 məğlubiyyət görüb.
“Gənclərbirliyi” Türkiyə Super Liqasının cari mövsümündə 10 oyunda 2 qələbə qazanıb, 2 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. Sözügedən komanda 8 xalla yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Volkan Demirel isə daha öncə “Fənərbağça”da köməkçi, “Karagümrük”, “Hatayspor” və “Bodrumspor”da baş məşqçi kimi çalışıb. O, bu ilin fevral ayından bəri işsiz idi.

 
                        








































