2025/2026-cı illər mövsümündə uğurlu nəticələri ilə diqqət mərkəzində olan “Arsenal” İngiltərə futbolunda yeni rekorda imza atıb.
Arena.az bu barədə “Opta Sport”a istinadən xəbər verir.
Bildirilir ki, London təmsilçisi buna İngiltərə Liqa Kubokunun 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsində “Brayton”a 2:0 hesabı ilə qalib gəlməklə nail olub. “Topçular” Premyer Liqada çıxış edən komandalar arasında bir ay ərzində ardıcıl 6 matçda qol buraxmadan qələbə qazanmış ilk kollektiv kimi tarixə düşüblər.
Qeyd edək ki, “Arsenal” daha əvvəl Premyer Liqa çərçivəsində “Kristal Pelas”ı (1:0), “Fulhem”i (1:0), “Vest Hem”i (2:0) yenmişdi. İngiltərə klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində də Madrid “Atletiko”sunu (4:0) və “Olimpiakos”u (2:0) qol buraxmadan məğlub etmişdi.

