Futbol üzrə İngiltərə Liqa Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin oyunları keçirilib.
Arena.az xəbər verir ki, bu mərhələnin ən böyük sürprizlərindən biri çempion “Liverpul”un “Kristal Pelas”la görüşdə 3 cavabsız qolla uduzaraq mübarizəni dayandırması olub.
“Tottenhem” də “Nyukasl” səddini keçə bilməyib. “Arsenal” “Brayton”u, “Mançester Siti” “Suonsi Siti”ni, “Çelsi” “Vulverhempton”u, “Brentford” “Qrimsbi”ni yolundan kənarlaşdıra biib. Bu komandalarla yanaşı, “Kardiff Siti” və “Fulhem” də növbəti mərhələyə yüksəliblər.
Artıq 1/4 finalın cütləri də məlumdur. “Arsenal” növbəti mərhələdə “Kristal Pelas”la, “Çelsi” “Kardiff Siti” ilə, “Mançester Siti” “Brentford”la, “Nyukasl” isə “Fulhem”lə qarşılaşacaq.
İngiltərə, Liqa Kuboku
1/8 final mərhələsi
Nyukasl – Tottenhem 2:0
Arsenal – Brayton 2:0
Liverpul – Kristal Pelas 0:3
Suonsi Siti – Mançester Siti 1:3
Vulverhempton – Çelsi 3:4
Reksem – Kardiff Siti 1:2
Qrimsbi – Brentford 0:5
Uikomb – Fulhem 1:1 (penaltilərlə 4:5)
1/4 final cütləri
17 dekabr
Arsenal – Kristal Pelas
Kardiff Siti – Çelsi
Mançester Siti – Brentford
Nyukasl – Fulhem

