Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
“Bolonya” – “Torino” matçında qapılara qol vurulmayıb. “Cenoa” doğma meydanda “Kremoneze”yə 2 cavabsız qolla uduzub.
“Roma” “Parma”ı, “Komo” “Verona”nı, “Yuventus” “Udineze”ni, “İnter” “Fiorentina”nı məğlub yola salıb.
9-cu turun qalan görüşləri oktyabrın 30-da keçiriləcək.
İtaliya, A Seriyası
9-cu tur
28 oktyabr
Leççe – Napoli 0:1
Qol: Anqissa, 69.
Atalanta – Milan 1:1
Qollar: Lukman, 35 – Riççi, 4.
29 oktyabr
Roma – Parma 2:1
Qollar: Hermoso, 63. Dovbik, 81 – Çirkati, 86.
Komo – Verona 3:1
Qollar: Duvikas, 9. Poş, 62. Voyvoda, 90+2 – S.Serdar, 25.
Yuventus – Udineze 3:1
Qollar: Vlahoviç, 5-pen. Qatti, 67. K.Yıldız, 90+6-pen – Zaniolo, 45+1.
Bolonya – Torino 0:0
Cenoa – Kremoneze 0:2
Qollar: Bonatsoli, 3; 49.
İnter – Fiorentina 3:0
Qollar: H.Çalhanoğlu, 66; 88-pen. Suçiç, 71.
30 oktyabr
21:30. Kalyari – Sassuolo
23:45. Piza – Latsio

