AZ

“Sabah” ÇL-də Fransa klubuna məğlub oldu - ARENA.AZ

Basketbol üzrə Azərbaycan çempionu “Sabah” FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, “bayquşlar” səfərdə Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gəliblər.

B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə keçirilib. Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 71:84 hesabı ilə məğlub olub.

Xatırladaq ki, Bakı klubu ilk iki görüşdən də məğlubiyyətlə ayrılmışdı. Sözügedən komanda Çexiya təmsilçisi “Nimburk”a (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına məğlub olmuşdu.

FIBA Çempionlar Liqasının B qrupunda yer almış “Sabah” hazırda 3 xalla sonuncu – 4-cü pillədə qərarlaşıb. Azərbaycan təmsilçisi növbəti oyununu noyabrın 12-də Bakıda yenə “Elan Şalon”a qarşı keçirəcək. Milli Gimnastika Arenasında baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
21
19
arena.az

10Mənbələr