Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib.
Arena.az xəbər verir ki, buna 2-ci təsnifat mərhələsinin oyunlarından sonra aydınlıq gəlib.
1/8 final mərhələsindən etibarən “Qarabağ”, “Sabah”, “Zirə” və “Araz-Naxçıvan” komandaları da mübarizəyə qoşulacaqlar. “Qəbələ”, “Şəfa”, “Şamaxı”, “Baku Sportinq”, “Kəpəz”, “Karvan”, “İmişli”, “Neftçi”, “Şahdağ Qusar” “Turan Tovuz”, “Difai” və “Sumqayıt” isə 2-ci təsnifat mərhələsində qələbə qazanmaqla bu hüquqa yiyələniblər.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qarşılaşmaları dekabrın 2-3-də keçiriləcək. Bu mərhələdə də qaliblər bir oyuna əsasən müəyyənləşəcəklər.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
2-3 dekabr
“Qəbələ” – “Şəfa”
“Şamaxı” – “Baku Sportinq”
“Araz-Naxçıvan” – “Kəpəz”
“Qarabağ” – “Karvan”
“İmişli” – “Sabah”
“Zirə” – “Neftçi”
“Şahdağ Qusar” – “Turan Tovuz”
“Difai” – “Sumqayıt”

