Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Salyan rayonunda elektrik cərəyanı vuran gənc xəstəxanada ölüb.
Bakıvaxtı.az xəbər verir ki, rayonun Boranıkənd kənd sakini, 2004-cü il təvəllüdlü Əliyev İlqar İlham oğlu yük maşınında ot bağlaması qaldırarkən ehtiyatsızlıqdan elektrik cərəyanına toxunub.
Nəticədə cərəyanın təsirindən yerə çırpılaraq müxtəlif dərəcəli xəsarətlər alan İ.Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, o, iki gündən sonra xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.