Salyan rayonunda elektrik cərəyanı vuran gənc xəstəxanada ölüb.
"Yeni Sabah" xəbər verir ki, 2004-cü il təvəllüdlü Boranıkənd kənd sakini İlqar liyev yük maşınında ot bağlaması qaldırarkən ehtiyatsızlıqdan elektrik cərəyanına toxunub.
Nəticədə cərəyanın təsirindən yerə çırpılaraq müxtəlif dərəcəli xəsarətlər alan İ.Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Pepperoni pizza
Həkimlərin səyinə baxmayaraq, o, iki gündən sonra xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız