Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Xetafe” doğma meydanda “Jirona” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar.
11-ci turun qalan görüşləri noyabrın 1-də, 2-də və 3-də keçiriləcək.
İspaniya, La Liqa
11-ci tur
31 oktyabr
Xetafe – Jirona 2:1
Qollar: Martin, 72. Mayoral, 86 – Stuani, 90+4-pen.
1 noyabr
17:00. Vilyarreal – Rayo Valyekano
19:15. Atletiko – Sevilya
21:30. Real Sosyedad – Atletik
00:00. Real – Valensiya
2 noyabr
17:00. Levante – Selta
19:15. Alaves – Espanyol
21:30. Barselona – Elçe
00:00. Betis – Malyorka
3 noyabr
00:00. Real Ovyedo – Osasuna
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!

