Bakı. Trend:
Əfsanəvi tenor Plasido Dominqonun Bakı konsertinin proqramıaçıqlanıb. Noyabrın 14-də Heydər Əliyev Mərkəzində keçiriləcəkkonsertdə Plasido Dominqo (Placido Domingo, bariton) iləyanaşı onun oğlu Plasido Dominqo Jr. (Placido Domingo Jr),Xalq artisti Yusif Eyvazov (tenor), Əməkdar artist AfaqAbbasova (soprano), İsveçrəli opera ifaçısı Daria Rıbak(Daria Rybak, soprano) çıxış edəcək.
Trend xəbər verir ki, səhnədəÜzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrini tanınmışitaliyalı dirijor Francesko İvan Çampa (Francesco IvanCiampa) idarə edəcək.
Gecədə C.Puççi, C.Verdi, P.Maskani kimi dünya klassiklərininbəstələri səslənəcək. Plasido Dominqonun Azərbaycan tamaşaçılarınabu dəfə də sürprizi var. Əfsanəvi müğənni Dominqo və gecənin digərifaçıları Azərbaycanın məşhur xalq mahnılarından birini birlikdəifa edəcəklər.
Plasido Dominqo ilk dəfə deyil ki, Azərbaycan bəstəkarlarınamüraciət edir. Xatırladaq ki, dahi müğənni 2010-cu ildə ÜmummilliLider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətiləkeçirilən təntənəli mərasimdə Tofiq Quliyevin “Sənə də qalmaz”mahnısını ifa etmişdi.
14 noyabr konsertinin son bilerlərini iTicket.az saytından vəsatış məntəqələrindən əldə etmək olar.