AZ

Plasido Dominqo ilə birgə səhnəyə çıxacaq ifaçılar və konsert proqramı açıqlandı

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əfsanəvi tenor Plasido Dominqonun Bakı konsertinin proqramı açıqlanıb.  

“Qafqazinfo” xəbər verir ki, noyabrın 14-də Heydər Əliyev Mərkəzində keçiriləcək konsertdə Plasido Dominqo (Placido Domingo, bariton) ilə yanaşı onun oğlu Plasido Dominqo Jr. (Placido Domingo Jr),  Xalq artisti Yusif Eyvazov (tenor), Əməkdar artist Afaq Abbasova (soprano), İsveçrəli opera ifaçısı Daria Rıbak (Daria Rybak, soprano) çıxış edəcək. 

Səhnədə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrini tanınmış italiyalı dirijor Francesko İvan Çampa (Francesco Ivan Ciampa) idarə edəcək. 

Gecədə C.Puççi, C.Verdi, P.Maskani kimi dünya klassiklərinin bəstələri səslənəcək. Plasido Dominqonun Azərbaycan tamaşaçılarına bu dəfə də sürprizi var. Əfsanəvi müğənni Dominqo və gecənin digər ifaçıları Azərbaycanın məşhur xalq mahnılarından birini birlikdə ifa edəcəklər.  

Plasido Dominqo ilk dəfə deyil ki, Azərbaycan bəstəkarlarına müraciət edir. Xatırladaq ki, dahi müğənni 2010-cu ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını ifa etmişdi.

14 noyabr konsertinin son bilerlərini iTicket.az saytından və satış məntəqələrindən əldə edə bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
3
qafqazinfo.az

4Mənbələr