AZ

Plasido Dominqo ilə birgə səhnəyə çıxacaq ifaçılar və konsert proqramı açıqlandı

Əfsanəvi tenor Plasido Dominqonun Bakı konsertinin proqramı açıqlanıb. Noyabrın 14-də Heydər Əliyev Mərkəzində keçiriləcək konsertdə Plasido Dominqo (Placido Domingo, bariton) ilə yanaşı onun oğlu Plasido Dominqo Jr. (Placido Domingo Jr), Xalq artisti Yusif Eyvazov (tenor), Əməkdar artist Afaq Abbasova (soprano), İsveçrəli opera ifaçısı Daria Rıbak (Daria Rybak, soprano) çıxış edəcək.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, səhnədə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrini tanınmış italiyalı dirijor Francesko İvan Çampa (Francesco Ivan Ciampa) idarə edəcək.

Gecədə C.Puççi, C.Verdi, P.Maskani kimi dünya klassiklərinin bəstələri səslənəcək. Plasido Dominqonun Azərbaycan tamaşaçılarına bu dəfə də sürprizi var. Əfsanəvi müğənni Dominqo və gecənin digər ifaçıları Azərbaycanın məşhur xalq mahnılarından birini birlikdə ifa edəcəklər.

Plasido Dominqo ilk dəfə deyil ki, Azərbaycan bəstəkarlarına müraciət edir. Xatırladaq ki, dahi müğənni 2010-cu ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısını ifa etmişdi.

14 noyabr konsertinin son bilerlərini iTicket.az saytından və satış məntəqələrindən əldə etmək olar.

Seçilən
30
3
day.az

4Mənbələr