AZ

Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener: Hamı London küçələrində “Qarabağ”dan danışır - EKSKLÜZİV

Bakı, 4 noyabr, AZƏRTAC

London küçələrində, bütün İngiltərədə hamı “Qarabağ”dan danışır.

Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener deyib.

Onun sözlərinə görə, Ağdam təmsilçisi elə səviyyəyə çatıb ki, Premyer Liqa klublarının hamısı bu adın kimə məxsus olduğunu bilir: “Çelsi” dünyanın ən varlı klublarından biridir. Onlar klublararası dünya çempionatının qalibidirlər. Amma indi deyirlər: “Qarabağ”la oynayacağıq, amma bu dəfə 2017-ci ildəki “Qarabağ” deyil. Bu, “Benfika” ilə “Kopenhagen”i məğlub edən, “Atletik”lə (Bilbao) sonadək döyüşən “Qarabağ”dır”.

Xatırladaq ki, Ertem Şener Sport TV dəvəti ilə Bakıya gəlir. O, “Qarabağ” və “Çelsi” arasında baş tutacaq oyundan əvvəl və sonra efirdə olacaq.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Seçilən
15
7
azertag.az

9Mənbələr