AZ

İngiltərədə hamı "Qarabağ"dan danışır

Yazını böyüt
Yazını kiçilt

"London küçələrində, bütün İngiltərədə hamı "Qarabağ"dan danışır".

Hafta.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener deyib.

Onun sözlərinə görə, Ağdam təmsilçisi elə səviyyəyə çatıb ki, Premyer Liqa klublarının hamısı bu adın kimə məxsus olduğunu bilir:

"Çelsi" dünyanın ən varlı klublarından biridir. O, Klublararası Dünya Çempionatının qalibidir. Amma indi deyirlər: "Qarabağ"la oynayacağıq, amma bu dəfə 2017-ci ildəki "Qarabağ" deyil. Bu, "Benfika" ilə "Kopenhagen"i məğlub edən, "Atletik"lə (Bilbao) sonadək döyüşən "Qarabağ"dır".

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu saat 21:45-də başlayacaq.

Seçilən
17
7
hafta.az

9Mənbələr