AZ

Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener: London küçələrində hamı “Qarabağ”dan danışır - EKSKLÜZİV

Bakı, 4 noyabr, AZƏRTAC

London küçələrində, bütün İngiltərədə hamı “Qarabağ”dan danışır.

Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener deyib.

Onun sözlərinə görə, Ağdam təmsilçisi elə səviyyəyə çatıb ki, Premyer Liqa klublarının hamısı bu adın kimə məxsus olduğunu bilir: “Çelsi” dünyanın ən varlı klublarından biridir. Onlar klublararası dünya çempionatının qalibidirlər. Amma indi deyirlər: “Qarabağ”la oynayacağıq, amma bu dəfə 2017-ci ildəki “Qarabağ” deyil. Bu, “Benfika” ilə “Kopenhagen”i məğlub edən, “Atletik”lə (Bilbao) sonadək döyüşən “Qarabağ”dır”.

Xatırladaq ki, Ertem Şener Sport TV-nin dəvəti ilə Bakıya gəlir. O, “Qarabağ” və “Çelsi” arasında baş tutacaq oyundan əvvəl və sonra efirdə olacaq.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Seçilən
16
7
azertag.az

9Mənbələr