AZ

Premyer Liqa: Azərbaycan derbisinin seriyaları - ARENA.AZ

Bu həftə futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ilk Azərbaycan derbisi baş tutacaq.

Arena.az xəbər verir ki, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 11-ci turu çərçivəsində “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

“Zəfər turu” çərçivəsində noyabrın 9-da “Azərsun Arena”da keçiriləcək bu qarşılaşmaya saat 18:44-də start veriləcək.

Azərbaycan derbisində ən uzun qələbə seriyası “Qarabağ”a məxsusdur – 9 oyun (02.05.2023-dən indiyədək davam edir). Komandalar arasında ən uzun heç-heçə seriyası 2 dəfə qeydə alınıb – 3 oyun (12.02.1995 – 06.03.1996 və 25.11.2007 – 08.11.2008). “Neftçi”nin ən uzun qələbə seriyasından 21 il ötüb – 3 oyun (11.07.2003 – 05.12.2004).

Derbidə ən uzun qələbəsiz seriya “Neftçi”nin passivindədir – 16 oyun (19.05.2021-dən indiyədək davam edir). Ən uzun heç-heçəsiz seriya 10 oyun olub (20.09.2020 – 02.12.2022).

“Qarabağ”ın ən uzun qələbəsiz seriyaları 2 dəfə qeydə alınıb – 7 oyun (02.10.1994 – 11.12.1996, 22.08.2005 – 08.11.2008)

Ən uzun qol seriyası “Qarabağ”ın aktivindədir – 16 oyun (12.09.2021-dən indiyədək davam edir). “Neftçi”nin ən uzun qol seriyası 6 oyundan ibarətdir (11.07.2003 – 16.02.2006).

Hər iki klubun ən uzun qolsuz seriyaları 5 oyun davam edib – “Qarabağ” (16.02.2006 – 17.05.2008), “Neftçi” (26.04.2009 – 15.05.2010 və 04.05.2024 – indiyədək).

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
22
20
arena.az

10Mənbələr