AZ

“Lukoil”un qanunu maraqlarına hörmət edilməlidir” – Peskov

“Lukoil”un xarici aktivlərinin satışı Kremlin səlahiyyətində deyil, lakin istənilən halda Rusiya şirkətinin qanuni maraqlarına hörmət edilməlidir.

NOCOMMENT.az RBC-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Gunvor” şirkətinin “Lukoil”un xarici aktivlərini almaqdan imtina etməsini şərh edərkən deyib.

“Biz hesab edirik ki, belə böyük beynəlxalq şirkətin, o cümlədən Rusiyanın “Lukoil” kimi şirkətinin beynəlxalq və iqtisadi qaydalar baxımından bütün qanuni maraqlarına hörmət edilməlidir. Bu sahədə pozuntular yolverilməzdir və onlar qlobal ticarət rejiminə xələl gətirir. O, qlobal bazarda çox böyük oyunçudur”, – Peskov vurğulayıb.

“Gunvor” şirkəti “Lukoil”un aktivlərinin potensial alıcısı idi. Oktyabrın 30-da “Lukoil” enerji şirkətinin təklifini qəbul etdiyini və digər potensial alıcılarla danışıqlar aparmayacağını açıqlasa da, noyabrın 7-də “Gunvor” təklifini geri götürdüyünü bəyan etdi.

“Gunvor” qərarını ABŞ Maliyyə Nazirliyinin enerji şirkətinin Rusiya ilə əlaqələrini ortaya qoymasından və Ukraynada döyüşlər davam etdiyi müddətdə “Gunvor”un biznes lisenziyası almayacağı ilə bağlı xəbərdarlıq etməsindən sonra açıqlayıb.

“Kreml Amerikan tərəfinin mövqeyini necə qiymətləndirir” sualına Peskov “Bunlar tamamilə müxtəlif ölçülərdir” cavabını verib.

Xatırladaq ki, “Lukoil” 11 ölkədə, o cümlədən Bolqarıstan, Rumıniya və Hollandiyada neft emalı zavodlarının, Avropada yanacaqdoldurma məntəqələri şəbəkəsinin, Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Misir, BƏƏ, Afrika və Latın Amerikasında neft hasilatı layihələrinin sahibidir.

Rusiya şirkəti ABŞ-nin sanksiyalar siyahısına salındıqdan sonra alıcı axtarışına çıxıb.

Xatirə SADİQ

Seçilən
147
50
nocomment.az

10Mənbələr