AZ

"LUKOIL" əməliyyatlar aparmağa çalışır

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın "LUKOIL" şirkəti ABŞ Maliyyə Nazirliyindən Vaşinqtonun tətbiq etdiyi sanksiyalara baxmayaraq, şirkətlə müəyyən əməliyyatlar aparmağa imkan verən lisenziyalarını noyabrın 21-dək uzatmağı xahiş edib.

Hafta.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, şirkət öhdəliklərini yerinə yetirmək və aktivlərin satışı ilə bağlı təkliflərə baxmaq üçün daha çox vaxta ehtiyacı olduğundan, ABŞ-ın müvafiq nazirliyinə qeyd edilən sorğunu göndərib.

Xatırladaq ki, ABŞ və Böyük Britaniya "LUKOIL" şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Bundan sonra sözügedən Rusiya şirkəti beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.

Seçilən
139
50
hafta.az

10Mənbələr