ain.az, Ayna portalına istinadən məlumat verir.
Şirkət aktivlərinin satışı ilə bağlı təklifləri nəzərdən keçirmək üçün Xəzinədarlığa sorğu təqdim edib
Rusiyanın “Lukoil” şirkəti Vaşinqtonun tətbiq etdiyi sanksiyalara baxmayaraq, ABŞ Xəzinədarlığından şirkətlə müəyyən əməliyyatlara icazə verən lisenziyalarının müddətinin uzadılmasını istəyib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən yazıb.
Oktyabr ayında ABŞ Xəzinədarlığı “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı məhdudiyyətlər elan edib. Eyni zamanda, bir neçə ümumi lisenziya dərc olunub. Bu sənədlərə əsasən, sözügedən şirkətlər və onların nəzarətində olan qurumlarla əməliyyatlara 21 noyabra qədər icazə verilib. Bu əməliyyatlar borc öhdəliklərinin və ya aktivlərinin satışı və ya köçürülməsi, eləcə də Rusiya xaricindəki “Lukoil” obyektlərində mal və xidmətlərin alınmasını əhatə edir.
Agentliyin məlumatına görə, “Lukoil” mövcud öhdəliklərini yerinə yetirmək və aktivlərinin satışı ilə bağlı təklifləri nəzərdən keçirmək üçün daha çox vaxta ehtiyacı olduğu üçün Xəzinədarlığa sorğu təqdim edib.
ABŞ və Böyük Britaniya tərəfindən sanksiyaların tətbiqindən sonra “Lukoil” beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqladı. Beynəlxalq neft ticarət şirkəti “Gunvor”dan Rusiya şirkətinin beynəlxalq aktivlərinə sahib olan “Lukoil International GmbH”ni almaq təklifi edilib. ABŞ Maliyyə Nazirliyi daha sonra bildirib ki, Ukraynadakı münaqişə həll olunana qədər “Gunvor” şirkətinə biznes fəaliyyəti göstərmək və mənfəət əldə etmək üçün lisenziya verməyəcək. ABŞ Maliyyə Nazirliyi konkret lisenziyadan bəhs etdiyini açıqlamasa da, “Gunvor” daha sonra “Lukoil” şirkətinin beynəlxalq aktivlərini almaq təklifini geri götürdüyünü açıqlayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.