AZ

"Misli Premyer Liqası çətin çempionatdır" - Saşa İliç

style='margin-bottom:10px;'>

"Çətin oyun oldu. Meydanda çoxlu birə-bir mübarizələr var idi. Məncə, oyun sürətli keçdi. İlk qolu penaltidən vurduq. Bundan sonra rəqibin təzyiqi ilə üzləşdik. Şadam ki, qələbə qazandıq".

QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının "Zəfər turu" - 11-ci turu çərçivəsində "Qəbələ"yə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib: 

O, Aleksandr Ramalinqomun qola çevirə bilmədiyi penalti zərbəsindən söz açıb. Mütəxəssis penaltini niyə niyə məhz Ramalinqoma həvalə etdiyinin səbəbini açıqlayıb: "Aleksandr hücumçudur. Son penaltilərdə səhvi olmuşdu. Bunu öz aramızda müzakirə edəcəyik. Bəlkə də penalti vuranı dəyişdik".

S.İliç ilk hissədə hakim qərarlarından narazı görünməsinə toxunub: "Əslində rəqibə görə çox narahat idim. Evdə oynayırdılar. "Qəbələ" 5 xal toplamasına baxmayaraq yaxşı komandadır. Narahatlığım buna görə idi".

O, sonda "İlk dövrə başa çatdı. Azərbaycan çempionatının səviyyəsini necə dəyərləndirirsiniz" sualını cavablandırıb: "Çətin çempionatdır. 5 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. "Sumqayıt"a gəldikdə, biz yalnız növbəti oyuna fokuslanırıq".

Seçilən
4
7
teleqraf.com

10Mənbələr