"Sumqayıt" Misli Premyer Liqasının 11-ci turunda səfərdə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında jurnaalistlərin suallarını cavablandırıb:
- Çətin oyun oldu. Meydanda çoxlu birə-bir mübarizələr var idi. Məncə, oyun sürətli keçdi. İlk qolu penaltidən vurduq. Bundan sonra rəqibin təzyiqi ilə üzləşdik. Şadam ki, matçı qələbə ilə başa vurduq.
- Penaltini niyə məhz Aleksandr Ramalinqoma həvalə edirsiz?
- Aleksandr hücumçudur. Son penaltilərdə səhvi olmuşdu. Bunu öz aramızda müzakirə edəcəyik. Bəlkə də penalti vuranı dəyişdik.
- İlk hissədə sanki hakimin qərarlarından narazı idiz. İdarəçiliyi necə dəyərləndirirsiniz?
- Əslində rəqibə görə çox narahat idim. Evdə oynayırdılar. "Qəbələ" 5 xal toplamasına baxmayaraq yaxşı komandadır. Narahatlığım buna görə idi.
- İlk dövrə başa çatdı. Azərbaycan çempionatının səviyyəsini necə dəyərləndirirsiniz?
- Çətin çempionatdır. 5 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. "Sumqayıt"a gəldikdə, biz yalnız növbəti oyuna fokuslanırıq.