“Çətin oyun oldu. Meydanda çoxlu birə-bir mübarizələr var idi”.
İdman.Biz bildirir ki, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 11-ci turunda “Qəbələ” ilə oyundan sonra deyib.
Oyun 2:0 hesabı ilə “Sumqayıt”ın qələbəsi ilə başa çatıb.
“Məncə, oyun sürətli keçdi. İlk qolu penaltidən vurduq. Bundan sonra rəqibin təzyiqi ilə üzləşdik. Şadam ki, matçı qələbə ilə başa vurduq. Əslində rəqibə görə çox narahat idim. Evdə oynayırdılar. “Qəbələ” 5 xal toplamasına baxmayaraq yaxşı komandadır. Narahatlığım buna görə idi. Çətin çempionatdır. 5 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. “Sumqayıt”a gəldikdə, biz yalnız növbəti oyuna fokuslanırıq”.