Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları üzrə cüdo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 70 kq çəki dərəcəsində döyüşən Südabə Ağayeva döşək üzərinə çıxıb.
Təmsilçimiz 1/4 final mərhələsində Səudiyyə Ərəbistanı idmançısı Fay Əl-Slboudla qarşılaşıb. İdmançımız bu görüşdə rəqibinə qalib gələrək adını yarımfinal mərhələsinə yazdırıb.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
İslam Oyunları: Cüdoçumuz bürünc medal qazandı - FOTO
Cüdoçumuz İslam Həmrəyliyi Oyunlarında ikinci olub
Hidayət Heydərov İslam Oyunlarının yarımfinalında - FOTO - YENİLƏNİB
İslam Oyunları: Cüdoçumuz finala yüksəlib
İslam Oyunları: Hidayət Heydərov 1/4 finalda