AZ

Südabə Ağayeva İslamiadanın çempionu oldu YENİLƏNİB

Apasport portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşının verdiyi məlumata görə, 70 kq çəki dərəcəsində çıxış edən Südabə Ağayeva bu gün döşək üzərinə çıxıb.

Təmsilçimiz finalda özbəkistanlı Xurşida Razzokberdieva ilə qarşılaşıb və rəqibini məğlub edərək qızıl medalın sahibi olub.

****

13:30

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları üzrə cüdo yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 70 kq çəki dərəcəsində döyüşən Südabə Ağayeva döşək üzərinə çıxıb.

Təmsilçimiz 1/4 final mərhələsində Səudiyyə Ərəbistanı idmançısı Fay Əl-Slbudla qarşılaşıb. İdmançımız bu görüşdə rəqibinə qalib gələrək adını yarımfinal mərhələsinə yazdırıb.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

İslam Oyunları: İdmançımız qazaxıstanlı rəqibinə uduzdu

İslam Oyunları: Cüdoçumuz 1/4 finalda məğlub oldu

İslam Oyunları: Hidayət Heydərov çempion oldu! - FOTO

İslam Oyunları: Fidan Əlizadə Özbəkistan təmsilçisinə məğlub oldu

Daha bir cüdoçumuz İslamiadanı bürünc medalla başa vurub

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
apasport.az

8Mənbələr