AZ

İslam Oyunları: Aytac Qardaşxanlı bürünc medal qazandı - YENİLƏNİB

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları üzrə cüdo yarışlarında daha bir idmançımız medal sahibi olub.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 70 kq çəki dərəcəsində döyüşən Aytac Qardaşxanlı üçüncülük uğrunda döyüşdə Səudiyyə Ərəbistanı idmançısı Fay Əl-Slbudla qarşılaşıb.

Rəqibini ipponla məğlub edən Aytac İslamiadanın bürünc medalının sahibi olub.

****

14:58

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları üzrə cüdo yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 70 kq çəki dərəcəsində döyüşən Aytac Qardaşxanlı yarımfinalda özbəkistanlı Xurşida Razzokberdieva ilə qarşılaşıb.

İdmançımız bu görüşdə rəqibinə məğlub olub.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Südabə Ağayeva İslamiadanın yarımfinalında

İslam Oyunları: Cüdoçumuz 1/4 finalda məğlub oldu

İslam Oyunları: Hidayət Heydərov çempion oldu! - FOTO

İslam Oyunları: Fidan Əlizadə Özbəkistan təmsilçisinə məğlub oldu

Daha bir cüdoçumuz İslamiadanı bürünc medalla başa vurub

Seçilən
10
4
apasport.az

8Mənbələr