ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və “Vahid Rusiya” fraksiyasının rəhbəri Dmitri Medvedev Ukrayna münaqişəsi və Kiyev hakimiyyəti barədə sərt açıqlamalar verib.
Globalinfo.az xəbər verir ki, o bu barədə jurnalistlərlə söhbətində danışıb. Medvedev bildirib ki, Ukraynada baş verənlər 21-ci əsrin ən qanlı hadisəsinə çevrilib.
Medvedevin sözlərinə görə, hazırkı Ukrayna hakimiyyəti Avropanın irinləyən siyasi formasiyasına çevrilib və bu, həm region, həm də Rusiya üçün təhlükə yaradır. O iddia edir ki, bu hakimiyyət tezliklə tam şəkildə ifşa olunacaq:
“Bunu amerikalılar da edə bilər, avropalılar da. Çox güman, Ukraynanı 21-ci əsrin ən qanlı müharibəsinə sürükləyən Bandera qruplaşmasından artıq bezmiş ukraynalılar özləri bunu edəcəklər”.
O, həmçinin əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda siyasi məğlubiyyətlə üzləşəcək və tez bir zamanda kənara atılacaq. Medvedevin fikrincə, Zelenskinin yaşadığı bütün siyasi böhranların arxasında ABŞ dayanır.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.