AZ

100 “Rafale” qırıcısı Parisə 15 milyard avroya başa gələ bilər


Fransanın “Rafale” qırıcılarının Ukraynaya tədarükü Parisə 15 milyard avroya başa gələ bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə LCI telekanalı məlumat yayıb.
Bildirilib ki, bu tədarüklərin maliyyələşdirilməsi məsələsi həllini tapmayıb.
Fransız hərbi ekspertləri hesab edirlər ki, bu təyyarə partiyasının tədarükü 2029-cu ilə qədər mümkün deyil. Mütəxəssislər qeyd edirlər ki, mövcud sənaye potensialı ayda üçdən çox olmayan “Rafale” istehsalına imkan verir.
Qeyd edək ki, Ukrayna Fransadan 100 ədəd “Rafale” qırıcısı alacaq​. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla Parisdə hərbi yardım haqqında sazişin imzalanma mərasimindən sonra bildirib. O, Fransa ilə razılaşmanın Ukraynaya 2035-ci ilə qədər 100 “Rafale” döyüş təyyarəsi almağa imkan verəcəyini qeyd edib.
Seçilən
37
50
yeniavaz.com

10Mənbələr